logo

Yeni Qarabağ regional ədliyyə idarəsi təsis olunub

14:49 23-11-2020 | icon 1512
Yeni Qarabağ regional ədliyyə idarəsi təsis olunub

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən qarşıda duran vəzifələrin mütəşəkkil və operativ icrasının təmin edilməsi məqsədilə nazirliyin rəhbərliyindən və aidiyyəti məsul şəxslərindən ibarət Qərargah yaradılıb.

YeniAvropa xəbər verir ki, bu barədə 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun “Azərbaycan ədliyyəsi xalqımızın şanlı Qələbəsi ilə qürur dolu günlər yaşayır” sərlövhəli məqaləsində qeyd olunub.

Nazir məqaləsində bildirib ki, Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, işğalçılığa və separatçılığa dəstək xarakteri daşıyan iqtisadi və digər qeyri-qanuni fəaliyyəti ilə bağlı milli və beynəlxalq qanunvericiliyin təhlili, işğaldan azad olunmuş ərazilərdə ədliyyə və məhkəmə infrastrukturuna dəymiş ziyanın dəqiqləşdirilməsi və bu orqanların fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi, habelə ədliyyə orqanlarının qarşısında duran digər vəzifələr müəyyənləşdirilib. Onların mütəşəkkil icrası məqsədilə yeni Qarabağ regional ədliyyə idarəsi təsis olunub.