logo

İranda koronavirusdan ölənlərin sayı 45 mini ötüb

13:10 23-11-2020 | icon 1967
İranda koronavirusdan ölənlərin sayı 45 mini ötüb

Noyabrın 23-nə olan məlumata əsasən İranda 12 min 460 nəfər koronavirusa yoluxub, 453 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İran Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari verib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 866 min 821, bu xəstəlikdən ölənlərin sayı isə 45 min 255-ə yüksəlib.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 812 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 610 min 406 nəfər isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, noyabrın 21-dən başlayaraq İranda 2 həftəlik sərt karantin rejimi tətbiq edilib. Bazarlar, ticarət mərkəzləri, ictimai iaşə obyektləri, şəhərlərarası avtobus marşrutlarının, eləcə də orta məktəblərin fəaliyyəti dayandırılıb.

İranda hazırlanan peyvənd Ümumdünya Səhiyyə Təşkilatına təqdim olunub.