logo

Türkiyədə vətəndaşlar COVID-19-a qarşı pulsuz peyvənd olunacaq

10:55 23-11-2020 | icon 1918
Türkiyədə vətəndaşlar COVID-19-a qarşı pulsuz peyvənd olunacaq

Türkiyə hökuməti ölkə vətəndaşlarını yeni növ koronavirusa qarşı pulsuz peyvənd elətdirmək niyyətindədir.

YeniAvropa  “Hurriyet” qəzetinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin iyyə naziri Fəxrəddin Koca məlumat verib.

Səhiyyə naziri bildirib ki, artıq Çinin peyvənd istehsalçısı olan “Sinovac” şirkəti ilə aparılan danışıqlar tamamlanıb, lazımi bütün qanuni proses həyata keçirilib, imzalar atılıb.

"Peyvənd vurulmasına başlanılması üçün azı 10 milyon doza peyvənd artıq Türkiyəyə göndərilib. Vaksinasiya tamamilə ödənişsiz olacaq”, - deyə səhiyyə naziri vurğulayıb.