logo

Xınalıq və Qırız kəndlərində mənfi 6 dərəcə temperatur qeydə alınıb

10:23 23-11-2020 | icon 1750
Xınalıq və Qırız kəndlərində mənfi 6 dərəcə temperatur qeydə alınıb

Noyabrın 23-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərində qar və sulu qar yağır.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən YeniAvropa-ya bildirilib ki, ən aşağı temperatur Qubanın Qırız və Xınalıq kəndində qeydə alınıb - mənfi 6 dərəcə. Qırızdəhnə kəndində isə yağan qarın hündürlüyü 1 santimetrdir.