logo

Türkiyədə daha 139 nəfər koronavirusdan öldü

20:55 22-11-2020 | icon 2044
Türkiyədə daha 139 nəfər koronavirusdan öldü

Noyabrın 22-də Türkiyədə 155 min 516 nəfər testdən keçirilib. Onlardan 6 min 17-sinin nəticəsi müsbət çıxıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində koronavirusdan 139 nəfər ölüb, 3 min 812 nəfər isə sağalıb.

İndiyədək 17 milyon 245 min 617 nəfər testdən keçib və 446 min 822 şəxsdə infeksiya aşkar olunub. Hazırda gündəlik yoluxma və ölüm halında sürətli artım müşahidə olunur.