Azərbaycanda dekabr və yanvar ayı ən böhranlı ay olacaq-Ekspert rəyi
“Koronavirus artıq hər kəsin qapısını döyür, bu sürətlə yayılma davam edərsə, təhlükələr həm tibbi və həm də sosial-iqtisadi müstəvidə çoxala bilər. Odur ki, hakimiyyətin post müharibə dövründə əsas diqqət göstərdiyi sahələrdən biri də COVİD-19 pandemiyasının neqativ təsirlərindən əhalini və sahibkarları qorumaq olmalıdır”.
YeniAvropa xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu özünün "Facebook" hesabında yazıb. O, bildirib ki, hazırda əhalinin sağlamlığının təminatı sahəsində durum bir neçə ay bundan əvvəlki ilə müqayisədə yaxşı olsa mövcud səhiyyə infrastukturu artan çarpayı, dərman, tibb ləvazimatı və həkim tələbatını qarşılaya bilməyəcək. Ona görə də hər kəsdə özünüqoruma instinkti yüksək olmalıdır.
“Düşünürəm ki, ən böhranlı ay bu ilin dekabr və gələn ilin yanvar ayları olacaq. Çox böyük ehtimalla bir neçə aydan sonra koronavirusa qarşı peryvəndin kütləvi istehsalına başlanılacaq. Yeri gəlmişkən, Azərbaycan höküməti peyvəndlə bağlı sifarişini indidən verməlidir ki, onu vaxtında ölkəyə gətirə bilsin.
Bununla yanaşı dövlət əhalinin sosial-müdafiəsini gücləndirmək və sahibkarlığa dəstək məqsədilə Nazirlər Kabinetinin 04 Aprel 2020 -ci tarixli Tədbirlər Planında nəzərdə tutulan tədbirləri davam etdirməlidir. Odur ki, təklif edirəm ki, bu ilin dekabr və gələn ilin yanvar ayları üzrə:
1) Əhaliyə güzəştli işıq limiti ayda 100 kvts. həcmində artırılsın. Bununla əlaqədar olaraq 20 milyon manat vəsait tələb olunacaq.
2) Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri 2020-ci tədris ilinin yaz semestri üzrə də ödənilsin. Bu məqsədlə 20 milyon manat vəsait kifayət edər.
3) Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində birdəfəlik ödəmə verilsin. Ödəniş məbləği bu ilin dekabr ayı üçün 190 manat, gələn ilin yanvar ayı üçün yaşayış minimumunun 2021-ci il üçün olan dəyəri həcmində müəyyənləşdirilsin. Bu il üçün tələb olunan büdcə 114 milyon manat təşkil edəcək.
4) Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi proqramı davam etdirilsin.
5) Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilsin.
Maliyyə Nazirliyinin açıqlamasına görə, 2020-ci ilin doqquz ayında dövlət büdcəsinin kəsiri 677,6 mln. manat təşkil edib və ya 1156,6 mln. manat məbləğində proqnozlaşdırılan kəsirdən 479,0 mln. manat və ya 41,4 faiz az olub. Göründüyü kimi büdcədə gərginlik yoxdur”.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir