logo

Prezident İlham Əliyev Rusiyanın XİN başçısını qəbul edib

19:13 21-11-2020 | icon 1911
Prezident İlham Əliyev Rusiyanın XİN başçısını qəbul edib

Prezident İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Rusiyanın qurumlararası nümayəndə heyətinə daxil olan Rusiya baş nazirinin müavinləri Aleksandr Novak və Aleksey Overçuk, səhiyyə naziri Mixail Muraşko, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti – “Rospotrebnadzor”un rəhbəri Anna Popova, “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov da iştirak ediblər.