logo

İran xarici işlər nazirinin Bakıya səfərləri təxirə salındı

18:50 21-11-2020 | icon 1953
İran xarici işlər nazirinin Bakıya səfərləri təxirə salındı

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin noyabrın 23-24-nə planlaşdırılan Azərbaycan və Rusiya səfərləri təxirə salınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə məlumat verib.

“Zərifin Moskva və Bakıya səfərinin təxirə salınması hökumətin bu həftə büdcə iclaslarının keçirilməsi ilə əlaqədar növbədənkənar proqramı ilə bağlıdır. Belə iclaslarda bütün nazirlərin iştirakı mütləqdir”, - deyə İran XİN-in sözçüsü bildirib.