logo

İranda koronavirusdan ölənlərin sayı 44 mini ötüb

17:14 21-11-2020 | icon 2156
İranda koronavirusdan ölənlərin sayı 44 mini ötüb

Noyabrın 21-nə olan məlumata əsasən İranda 12 min 931 nəfər koronavirusa yoluxub, 431 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari məlumat verib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 841 min 308, bu virusdan ölənlərin sayı isə 44 min 327-yə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 778 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 596 min 136 nəfər isə sağalaraq evə buraxılıb.

Prezident Həsən Ruhani Koronavirusa Qarşı Mübarizə Komitəsində bildirib ki, ölkədə tətbiq edilən 2 həftəlik karantin rejimi yoluxma sayını azaltmasa bu tədbirlər davam edəcək.

Prezident karantin rejimi ilə əlaqədar əhalinin sosial vəziyyətinin də nəzərə alındığını deyib. Bildirib ki, 10 milyon ailəyə sosial yardım göstərilməsi haqqında qərar qəbul edilib.