logo

Güclü qar Pekin hava limanlarında 300-dək aviareysi təxirə saldı

16:46 21-11-2020 | icon 2268
Güclü qar Pekin hava limanlarında 300-dək aviareysi təxirə saldı

Çinin paytaxtı Pekində qarlı hava şəraiti "Dasin" və "Paytaxt" hava limanlarından 289 uçuşun təxirə salınmasına səbəb olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Pekində noyabrın 21-də səhər erkən saatlardan başlayan qar və külək hava limanlarında təyyarələrin enib-qalxmasına çətinlik yaradıb.

"Paytaxt" hava limanında 119, "Dasin" aeroportunda isə 170 reys təxirə salınıb. Hava limanlarında uçuş zolaqlarının təmizlənməsinə xeyli texnika cəlb olunub. Günortadan sonra uçuşlar bərpa olunub.

Qeyd edək ki, Çin paytaxtında mövsümün ilk qarının yağması ilə əlaqədar orta səviyyədə xəbərdarlıq elan edilib.