logo

Ölkədə koronavirus antirekordu davam edir: 2735 yeni yoluxma, 28 ölü

15:55 21-11-2020 | icon 1771
Ölkədə koronavirus antirekordu davam edir: 2735 yeni yoluxma, 28 ölü

Azərbaycanda koronavirus infeksiyasına daha 2735 yoluxma faktı qeydə alınıb, 1374 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 89 min 898 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 62 min 243 nəfər müalicə olunaraq sağalıb, 1107 nəfər vəfat edib. Aktiv xəstə sayı 26548 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 592 min 280 test aparılıb. Bugünkü test sayı isə 16220-dir.