logo

Sergey Lavrov Yerevanda  Nikol Paşinyanla görüşüb

13:12 21-11-2020 | icon 2597
Sergey Lavrov Yerevanda  Nikol Paşinyanla görüşüb

Yerevanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova özünün  "Facebook" hesabında məlumat paylaşıb.

Yerevan görüşündən şəkil də  paylaşan M.Zaxarova fotonun altında bu sözləri yazıb:: "Dramaturgiya".

Xatırladaq ki, bu gün Ermənistana Rusiyanın qurumlararası nümayəndə heyəti səfər edib. Nümayəndə heyətinə S.Lavrovla yanaşı, baş nazirin müavinləri, müdafiə naziri, fövqəladə hallar naziri və digər rəsmi şəxslər daxildir.