logo

Hulusi Akar:“Türk hərbçiləri tezliklə Azərbaycanda vəzifələrini icra edəcək”

12:35 21-11-2020 | icon 1904
Hulusi Akar:“Türk hərbçiləri tezliklə Azərbaycanda vəzifələrini icra edəcək”

Ən qısa müddətdə türk hərbçiləri Azərbaycandakı vəzifələrini icra edəcək. Quru qoşunlarımız işlərini tamamlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, bəzi Qərb siyasətçilərinin Azərbaycana qarşı fikirləri, Ordusunu nəyisə dağıtmaqda günahlandırması həqiqətən böyük bir səhvdir.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, bölgədə 10 noyabr tarixindən atəşkəs başlayıb və atəşkəsə riayət edilib-edilmədiyini monitorinq etmək üçün işğaldan azad edilmiş Azərbaycan ərazisində Rusiya ilə birgə Monitorinq Mərkəzi yaradılır.

Türkiyə hərbçiləri ölkə konstitusiyasına müvafiq olaraq 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.