logo

Şimal-qərb bölgəsinin dağlıq ərazilərinə qar yağıb

11:20 20-11-2020 | icon 1841
Şimal-qərb bölgəsinin dağlıq ərazilərinə qar yağıb

Azərbaycanın şimal-qərb rayonlarında bir neçə gündür qeyri-sabit hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Qax rayon İH-dən bildirilib. Qeyd edilib ki, hazırda rayonda çiskinli və yağmurlu hava şəraiti davam edir.

Noyabrın 20-də gecə saatlarında rayonun İlisu və Sarıbaş kəndlərində dağlara sulu qar və qar yağıb. Evlərin damlarında da az miqdarda qar müşahidə olunur.