Koronavirusa qarşı Azərbaycana vaksinin gətirilməsi istiqamətində müvafiq addımlar atılır.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 19-da keçirilən brifinqdə deyib.
“Dünyada koronavirus vaksininin istehsalı ilə bağlı gedən proseslər yaxından izlənilir. Beynəlxalq səviyyədə təsdiq olunacaq vaksinin Azərbaycana gətirilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən tədbirlər həyata keçirilir",-deyə Hikmət Hacıyev bildirib.