logo

Ermənistanda yeni xarici işlər naziri  təyin edildi

19:10 18-11-2020 | icon 2366
Ermənistanda yeni xarici işlər naziri  təyin edildi

Ara Ayvazyan Ermənistanın yeni xarici işlər naziri təyin edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın "TASS" agentliyi məlumat yayıb. Bildirilir ki, bununla bağlı Ermənistan prezidenti Armen Sarkisyan müvafiq fərman imzalayıb.

Qeyd edilib ki, Ara Ayvazyan bundan əvvəl Ermənistanın Meksika, Kosta-Rika, Kuba, Honduras, Qvatemala Və Panamada fövqəladə və səlahiyyətli səfiri postunu tutub. Oktyabrın 16-da Nikol Paşinyanın qərarı ilə o, səfir vəzifəsindən geri çağırılıb və Ermənistan xarici işlər nazirinin müavini təyin edilib.