"AZAL" Bakı-Naxçıvan aviareyslərini bərpa edir
Noyabrın 19-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri bərpa edir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, reyslər hər gün həyata keçiriləcək: Bakıdan uçuş saat 13:00-da, Naxçıvandan uçuş isə saat 16:10-da.
Hava gəmisinə COVID-19 testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılacaq. Pandemiya dövründə reyslərin sayının məhdud olduğunu və yüksək tələbatı nəzərə alaraq, qeyd edilən istiqamətdə aviabiletlərin satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir. Növbəyə qeydiyyat iki üsulla həyata keçirilir - əks əlaqə forması üzrə və ya “WhatsApp mesenceri” vasitəsilə.
Bakıdan Naxçıvana reyslər üçün: https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919. “WhatsApp”: +99455 204 65 54
Naxçıvandan Bakıya reyslər üçün: https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000886220. “WhatsApp”: +994 60 487 30 11
Müraciət zamanı sərnişinlərdən şəxsiyyət vəsiqələrinin skan edilmiş surətlərini və geri əlaqə üçün əlaqə nömrələrini göndərmələri tələb olunacaq. Aviaşirkət eyni zamanda onlayn forma və “WhatsApp” vasitəsilə müraciət etməməyinizi xahiş edir. Bu yalnız onlayn növbələrin artmasına və çağırış mərkəzinin işçiləri tərəfindən cavabların gecikdirilməsinə səbəb olacaq.
Eyni zamanda, sərnişinlərin diqqətinə çatdırılır ki, aviaşirkətin çağırış mərkəzinə zənglər vasitəsilə bu istiqamətdə aviabiletlər üçün sorğular qəbul edilmir.
Pandemiya dövründə təsdiq edilmiş qaydalara əsasən, əl yükü qismində yalnız qadın əl çantasının, kişi portfelinin və ya ölçüləri 30x35x10 santimetrdən çox olmayan portativ kompüter çantasının (çanta yalnız təyinatı üzrə istifadə olunmalıdır) daşınmasına icazə verilir. Kağız və polietilen torbalar da daxil olmaqla, digər baqaj bölməsində qeydiyyatdan keçməlidir. Pulsuz daşınmasına icarə verilən baqajın icazə verilən maksimum çəkisi 23 kiloqramdır, ölçüləri üç ölçünün cəmində 158 santimetrdən çox olmamalıdır.
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Daha 35 ailə Füzuliyə yola salınıb
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır