logo

Moldovanın prezidenti təkrar seçkidə uduzduğu müxalifət liderini təbrik etdi

10:53 16-11-2020 | icon 6412
Moldovanın prezidenti təkrar seçkidə uduzduğu müxalifət liderini təbrik etdi

Moldovanın fəaliyyətdə olan prezidenti İqor Dodon “Fəaliyyət və Həmrəylik” Partiyasının lideri Mayya Sandunu respublikanın rəhbəri vəzifəsinə seçkilərdə ilkin qələbə münasibətilə təbrik edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, İqor Dodon ötən gün keçirdiyi brifinqdə deyib: “İlkin nəticələrdən görünür ki, Mayya Sandu qalib gəlib. Mən onu ilkin qələbə münasibətilə təbrik edirəm, lakin seçki prosesində son nöqtə pozuntular barədə bütün məlumatlar yoxlanılandan sonra qoyulacaq”.

Dodon öz tərəfdarlarını seçkilərdən sonra etiraz aksiyalarına çıxmamağa çağırıb. O deyib: “Məni dəstəkləyənlərə müraciət etmək istəyirəm. Hörmətli həmvətənlər, seçicilərin demək olar ki, yarısı prezident vəzifəsinə mənim namizədliyimi dəstəkləyib. Mən sizi sakit olmağa çağırıram. Hər hansı etirazlar və sabitliyin pozulması əsla yolverilməzdir. Əgər küçəyə çıxmaq lazım gələrsə mən sizə deyərəm”.

Xatırladaq ki, Moldovada prezident seçkiləri noyabrın 2-də keçirilib.* namizədin yarışdığı seçkidə müxalifətin lideri-keçmiş baş nazir Maya Sandu seçicilərin 36,16 faizinin səsini toplayıb. Hazırkı prezident İqor Dodon isə seçicilərin 32,61 faiz səsini qazana bilib. Digər 6 namizəd isə daha az səs toplayıblar.

Noyabrın 15-də prezident seçkilərinin ikinci turu keçirilib. Moldova vətəndaşları qarşıdakı 4 il müddətinə dövlət başçısını seçmək üçün yenidən seçki məntəqələrinə gəliblər. Seçkilərin ikinci turunda iddiaçılar ikinci müddətə namizədliyini irəli sürmüş İqor Dodon və keçmiş baş nazir, “Fəaliyyət və Həmrəylik” Partiyasının lideri Maya Sandu olublar.

Səsvermə protokollarının 100 faizi emal ediləndən sonra Seçki Komissiyasının saytında yerləşdirilmiş ilkin məlumata görə, Qərbyönümlü namizəd M.Sandu seçicilərin 57,75 faizinin səsini toplayaraq qalib gəlir.Moskvayönümlü İ.Dodona isə seçicilərin 42,25 faizi səs verib.