logo

İstanbulda tarixi məsciddə yanğın baş verib

14:38 15-11-2020 | icon 2233
İstanbulda tarixi məsciddə yanğın baş verib

İstanbulun Üsküdar rayonunda yerləşən tarixi Vaniköy məscidində yanğın baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, yanğının səbəbləri və xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib.

Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb olunub. Yanğından çıxan qatı duman şəhərin bir çox bölgəsindən görünür.

Faktla bağlı araşdırma başladılıb.