logo

Rusiya və Türkiyə liderləri Qarabağa dair birgə bəyanaı hazırlanarkən əlaqə saxlayıblar

16:09 13-11-2020 | icon 1904
Rusiya və Türkiyə liderləri Qarabağa dair birgə bəyanaı hazırlanarkən əlaqə saxlayıblar

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mütəmadi dialoq saxlayır.

YeniAvropa xəbər verir ki, bu fikri RF prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərlə görüşündə səsləndirib.

O deyib: “Müəyyən fikir ayrılıqları yarandıqda prezidentlərin münasibətləri bizə imkan verir ki, bəzi regional problemlərin həllinə şərait yaratmaq üçün zəruri hallarda səylərimizi birləşdirək”.

Kremlin rəsmi nümayəndəsi daha sonra qeyd edib ki, Rusiya və Türkiyə liderləri Qarabağa dair birgə bəyanat hazırlanarkən əlaqə saxlayıblar, o cümlədən Azərbaycan ərazisində Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması barədə razılıq əldə edilib.

D.Peskovun sözlərinə görə, Rusiya ilə Türkiyənin maraqları çox cəhətdən üst-üstə düşür. Hər iki ölkə makroregionda sabitlik və müəyyənlik tərəfdarıdırlar. Rusiya və Türkiyənin ticari-iqtisadi əməkdaşlıq, investisiya sahəsində tərəfdaşlıq baxımından ortaq maraqları çoxdur. Onların qarşılıqlı fəaliyyəti həm Moskvanın, həm də Ankaranın mənafeyinə uyğundur.