SOCAR 2021-ci ildə qazma işlərini azaldacaq
SOCAR-ın rəhbərliyi “OPEC+” çərçivəsində hasilatın müvəqqəti məhdudlaşdırılmasından irəli gələn məsələləri müzakirə edib.
ŞirkətdənYeniAvropa-ya bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyinin iştirakı ilə keçirilən iclasda “Azneft” İB-nin idarəetmə strukturunun yenidən təşkil olunması, pandemiya dövründə “OPEC+” razılaşmasının şərtlərinə əsasən, neft hasilatının müvəqqəti azaldılmasından irəli gələn şirkətdaxili islahat və optimallaşdırma tədbirlərinin hazırkı statusu, eləcə də perspektiv addımlar müzakirə olunub.
Qeyd edilib ki, hasilat məhdudlaşdırıldığına görə şirkətin əsasən qurudakı istehsalatlarında hasilat dayandırılıb. Həmin sahələrdə faktiki olaraq, fəaliyyətsiz qalmış işçilərin qüvvəsindən səmərəli istifadə etmək məqsədilə şirkətin əsas istehsalat bölmələri olan “Azneft” İB, Kompleks Qazma İşləri Tresti və bir sıra digər idarələrdə işçilərin səriştəliliklərinin qiymətləndirilməsi və inkişafı proqramı həyata keçirilib. Səriştə qiymətləndirilməsinin əsas məqsədi işçilərin peşəkarlıq səviyyəsini və istedadını müəyyən etmək və hər işçinin potensialına uyğun təlimlərin təşkilidir. İclasda bildirilib ki, bu günə qədər test üsulu ilə “Azneft” İB-nin 4778, Kompleks Qazma İşləri Trestinin 1932 işçisinin səriştəliliyi qiymətləndirilib. Pandemiya ilə əlaqədar onlayn formatda keçirilmiş 177 təlim-vebinarda isə SOCAR-ın 13 min 342 əməkdaşı iştirak edib. Aparılan sorğuya əsasən, onların 94 faizi şirkətin sertifikatlı təlimçiləri tərəfindən həyata keçirilmiş təlimlərdən məmnun qaldıqlarını bildiriblər.
Toplantıda o da qeyd olunub ki, xərclərin minimuma endirilməsi məqsədilə qazma işlərinin 2021-ci ildə də azaldılması nəzərdə tutulur. Qarşıdakı mərhələdə də şirkətin gəlirliyinin və əməliyyat effektivliyinin təmin olunması üçün imkanlar səfərbər olunur, preventiv tədbirlər görülür.
İclasın sonunda SOCAR-ın prezidenti R.Abdullayev şirkət işçiləri arasında hərbi xidmətə səfərbər edilən qazilərə və şəhid ailələrinə bütün lazımi maddi və mənəvi dəstəyin göstərilməsinin zərurətini vurğulayaraq müvafiq tapşırıqlar verib.
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb
İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Avropa çempionatı: Boksçumuz erməni rəqibini məğlub edib
İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub
“Azercell Telekom” Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
Xəzər dənizindən İrandan Azərbaycana icazəsiz keçən 2 nəfər saxlanılıb
Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək
Faktiki hava: Bakıda küləyin maksimal sürəti 24 m/saniyəyə çatır
Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib
Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib
ANAMA ötən həftə 452 partlamamış hərbi sursatı zərərsizləşdirilib
KTMT-də Ermənistanın təşkilatdan çıxmadığını hesab edirlər
Sabah Bakıda qısamüddətli yağış yağacaq,28° isti olacaq
İlham Əliyev Rusiyaya işgüzar səfər edib
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Ermənistan-İran yolu bağlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Hava hücumundan müdafiə bölmələrimizin təlimi keçirilib
Bakıda Azərbaycan-Çin münasibətlərinə həsr olunan konfrans keçirilir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb
Bakıda QDİƏT-in turizm üzrə toplantısı keçirilir