logo

Nazir:Türkiyədən Naxçıvana dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır

13:39 12-11-2020 | icon 2296
Nazir:Türkiyədən Naxçıvana dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır

Türkiyədən Naxçıvan istiqamətində dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur.

YeniAvropa xəbər verir ki, bu barədə "Anadolu" Agentliyinə müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.

Nazir Azərbaycandakı yeni proseslərdən sonra Naxçıvan istiqamətində bir dəmir yolu xəttinin çəkilməsinin nəzərdə tutulduğunu və layihə işlərinin tamamlanmaq üzrə olduğunu bildirib.