logo

Gürcüstanın kənd təsərrüfatı naziri də koronavirusa yoluxub

12:11 12-11-2020 | icon 2219
Gürcüstanın kənd təsərrüfatı naziri də koronavirusa yoluxub

Gürcüstanda daha bir nazirdə koronavirus təsdiqlənib. Ölkənin ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşviliyə də koronavirus diaqnozu qoyulub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilir ki, ev şəraitində müalicə olunan nazir özünü hazırda yaxşı hiss edir.

Son günlər nazirlə təmasda olan bütün şəxslər özlərini təcrid ediblər.

Qeyd edək ki, bundan öncə ölkənin baş naziri Giorgi Qaxariya və iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava da koronavirusa yoluxublar. Təhsil naziri Mixeil Çxenkeli isə yoluxma şübhəsi ilə özünü təcrid edib.