logo

İranda koronavirusdan daha 462 nəfər öldü

17:48 11-11-2020 | icon 2212
İranda koronavirusdan daha 462 nəfər öldü

İranda koronavirusdan ölənlərin sayında artım müşahidə edilib. Noyabrın 11-na olan məlumata görə son 24 saat ərzində İranda 11 min 780 nəfər koronavirusa yoluxub, 462 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 715 min 68 nəfər, ölənlərin sayı isə 39 min 264-ə çatıb.

Müalicəsi davam edən 5 min 601 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 536 min 105 xəstə isə sağalaraq evə buraxılıb.

Həkimlər havaların soyuması ilə əlaqədar olaraq koronavirusa yoluxanların da sayının artdığını bildirirlər. Bütün İran ərazisində maska rejimi tətbiq olunur.