logo

Azərbaycanda koronavirusa yoluxanların  55,4%-i paytaxtdadır

12:57 11-11-2020 | icon 1673
Azərbaycanda koronavirusa yoluxanların  55,4%-i paytaxtdadır

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.

 YeniAvropa "koronavirusinfo.az" saytına istinadən xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 54,4 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 14,1, Aran rayonlarında 10,7, Gəncə-Qazax bölgəsində 7, Lənkəranda 4, Şəki-Zaqatalada 3,2, Quba-Xaçmazda 2,9, Dağlıq Şirvanda 1,8, Yuxarı Qarabağda 1,1, Naxçıvan Muxtar Respublikasında 0,07 faiz təşkil edir. Ölkə xaricindən idxalolunma halı 0,8 faizdir.