logo

Ərdoğan Baydeni təbrik etdi

19:13 10-11-2020 | icon 2380
Ərdoğan Baydeni təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydeni təbrik edib.

YeniAvropa yerli mətbuata istinadən xəbər verir ki,  təbrikin mətni Türkiyə Prezident Administrasiyası tərəfindən yayılıb.

“Seçkidəki qələbəniz münasibətilə sizi təbrik edirəm və Amerika xalqına sülh və rifah diləyirəm. Ölkələrimiz arasında müttəfiqlik münasibətlərini inkişaf etdirməyə qərarlıyıq”, - deyə təbrikdə bildirilib.

“Bu gün qlobal və regional səviyyədə üzləşdiyimiz çağırışlar bizdən ümumi maraq və dəyərlər əsasında münasibətlərimizi daha da inkişaf etdirməyi və möhkəmləndirməyi tələb edir”,-deyə Ərdoğan təbrik məktubunda vurğulayıb.