logo

Ukraynada prezident Zelenski də  koronavirusa yoluxdu

22:20 09-11-2020 | icon 2156
Ukraynada prezident Zelenski də  koronavirusa yoluxdu

Ukrayna prezidenti Vladimir Zelenski koronavirus infeksiyasına yoluxub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə V.Zelenski "Twitter" hesabında yazıb.

"Karantin tədbirlərinə baxmayaraq, COVID-19 testimin nəticəsi pozitiv çıxdı. Özümü yaxşı hiss edirəm, çoxlu vitamin qəbul edirəm. Özümü təcrid edəcəyəm, lakin işləməyə də davam edəcəyəm. COVID-19-a qalib gələcəyəm. Hər şey yaxşı olacaq!", - deyə prezident qeyd edib.