Noyabrın 8-i saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.
YeniAvropa xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəzifəli şəxsləri məhv edilib.