logo

Daxili İşlər Nazirliyi məlumat bazasına kiberhücumu təkzib etdi

20:47 07-11-2020 | icon 1659
Daxili İşlər Nazirliyi məlumat bazasına kiberhücumu təkzib etdi

Bu gün sosial şəbəkələrdəki bəzi səhifələrdə Daxili İşlər Nazirliyinin (DİN) məlumat bazasındakı informasiyaların guya düşmən tərəfindən oğurlanması barədə məlumat paylaşılıb.

YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

İnternet istifadəçilərinin nəzərinə çatdırılıb ki, bu ermənilərin növbəti təxribat xarakterli iddialarıdır: "DİN-in məlumat bazasına heç bir kiber hücum olmayıb.

Bir daha vətəndaşlarımızı müharibədə məğlub olan düşmən təxribatına uymamağa çağırır, qeyri-rəsmi qrup, səhifə, kanallardan qətiyyən heç bir linkə daxil olmamağı, faylları açmamağı və şəxsi məlumatları saxta mənbələrə daxil etməməyi məsləhət görürük.

O ki qaldı, sözügedən siyahıya, həmin siyahı ölkəmizdə bir müddət əvvəl keçirilən seçkilər zamanı şəffaflığın təmin olunması məqsədilə seçici məlumatlarının internet resurslarında yerləşdirilmiş informasiyalarıdır".