logo

Gürcüstanda komendant saatı elan olundu

16:11 07-11-2020 | icon 2030
Gürcüstanda komendant saatı elan olundu

Gürcüstanda koronavirus pandemiyası səbəbindən bütün böyük şəhərlərdə komendant saatı elan olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstan Baş nazirinin birinci müavini Maya Tskitişvili virusla mübarizə üzrə koordinasiya şurasının iclasından sonra keçirdiyi brifinqdə açıqlama verib. 

Qeyd olunub ki, 9 noyabr tarixindən etibarən Gürcüstan rəhbərliyi koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə böyük şəhərlərdə saat 22:00-dan 5:00-dək avtomobil və piyadaların hərəkətinə məhdudiyyətlər tətbiq edəcək.

Xatırladaq ki, bu gün Gürcüstanda koronavirusa gündəlik yoluxma sayında rekord (2859) qeydə alınıb.