logo

Türkiyədə daha bir zəlzələ oldu

11:08 05-11-2020 | icon 1834
Türkiyədə daha bir zəlzələ oldu

Türkiyənin Mərmərə dənizində 3,7 bal gücündə zəlzələ olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, yeraltı təkanlar yerli vaxtla saat 08:46-da baş verib.

Zəlzələ yerin 5 kilometr dərinliyində qeydə alınıb.

Xatırladaq ki, oktyabrın 30-da İzmir şəhərində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində 114 nəfər ölüb və 1035 nəfərdən çox insan yaralanıb.