logo

Azərbaycanda zəlzələ oldu

22:52 04-11-2020 | icon 1722
Azərbaycanda zəlzələ oldu

Noyabrın 4-də İmişlidə maqnitudası 4,2 olan zəlzələ baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 21:51-də Saatlı stansiyasından 17 km şimal-qərbdə İmişli ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Zəlzələ ocağı 52 kilometr dərinlikdə yerləşib.