logo

İranda koronavirusdan daha 419 nəfər ölüb

17:57 04-11-2020 | icon 1813
İranda koronavirusdan daha 419 nəfər ölüb

Son 24 saat ərzində İranda 8 min 452 nəfər koronavirusa yoluxub, 419 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə İranda virusa yoluxanların ümumi sayı 646 min 164 nəfər, ölənlərin sayı isə 36 min 579-a çatıb.

Müalicəsi davam edən 5 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 500 mindən çox xəstə isə sağalaraq evə buraxılıb.