logo

Azərbaycanda daha 1227 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü

15:27 04-11-2020 | icon 1379
Azərbaycanda daha 1227 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 1227 yoluxma faktı qeydə alınıb, 667 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 59 min 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 45 min 697 nəfər müalicə olunaraq sağalıb, 780 nəfər vəfat edib. Aktiv xəstə sayı 13032 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 391 min 253 test aparılıb. Bugünkü test sayı isə 11474-dür.