logo

Qırğızıstan parlamentinin sədri istefa verdi

12:08 04-11-2020 | icon 1946
Qırğızıstan parlamentinin sədri istefa verdi

Qırğızıstan parlamentinin – Joqorku Keneşin noyabrın 4-də keçirilən iclasında parlamentin sədri Kanat İsayev istefa verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Kanat İsayev iclasdakı çıxışı zamanı “Kırqızıstan” partiyası tərəfindən onun prezident seçkilərində namizədliyi irəli sürüldüyü üçün istefa verdiyini bildirib.

Parlamentin iclasında yeni spikerin seçilməsi məsələsinə də baxılıb.

“Respublika-Ata Jurt” partiyasından deputat Talant Mamıtov səsvermə yolu ilə Joqorku Keneşin sədri seçilib. Yeni spikerin lehinə 100 deputat səs verib.