logo

Gürcüstanda daha bir nazir koronavirusa yoluxub

19:12 03-11-2020 | icon 1792
Gürcüstanda daha bir nazir koronavirusa yoluxub

Gürcüstanda daha bir nazir - ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava koronavirusa yoluxub. Noyabrın 2-dən özünütəcrid şəraitində çalışan nazirin bu gün koronavirusa yoluxması təsdiqlənib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən məlumat verilib.

Bildirilib ki, evində müalicə olunan nazir hazırda özünü yaxşı hiss edir.

Qeyd edək ki, noyabrın 2-də Gürcüstanın baş naziri Giorgi Qaxariya, Acarıstan Muxtar Respublikasının səhiyyə naziri Nino Nijaradze, Gürcüstan hökuməti aparatının rəhbəri Natia Mezvrişvili koronavirusa yoluxublar.

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixail Çxenkeli də bu gündən özünütəcrid rejiminə keçib.