logo

Azərbaycanda koronavirus anti-rekord vurmaqda davam edir:daha 1242 yoluxma, 15 ölü

15:07 03-11-2020 | icon 1785
Azərbaycanda koronavirus anti-rekord vurmaqda davam edir:daha 1242 yoluxma, 15 ölü

Azərbaycanda koronavirus infeksiyasına daha 1242 yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 58 min 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 45 min 30 nəfər müalicə olunaraq sağalıb, 768 nəfər vəfat edib. Aktiv xəstə sayı 12484 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 379 min 779 test aparılıb. Bugünkü test sayı isə 11159-dur.