logo

Sabah  Bakıda yağış yağacaq,  küləyi əsəcək,19° isti olacaq

12:55 03-11-2020 | icon 1673
Sabah  Bakıda yağış yağacaq,  küləyi əsəcək,19° isti olacaq

Azərbaycanda noyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-14°, gündüz 16-19° isti, Bakıda gecə 12-14°, gündüz 17-19° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 767 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Noyabrın 4-də Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən şimal və şərq rayonlarında leysan xarakterli olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 16-20° isti, dağlarda gecə 3-8°, gündüz 14-18° isti olacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 4-də Abşeron yarımadasında əsasən sakit və iqlim normasına yaxın temperatur rejimi əksər insanlar üçün müsbət amil olsa da, bir qədər rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.