logo

İzmirdə 4 yaşlı Ayla 91 saat sonra dağıntılar altından sağ çıxarılıb

11:09 03-11-2020 | icon 1981
İzmirdə 4 yaşlı Ayla 91 saat sonra dağıntılar altından sağ çıxarılıb

İzmirdə davam edən axtarış-xilasetmə işləri nəticəsində 91 saat sonra bir uşaq dağıntılar altından sağ çıxarılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə İzmir valisi Yavuz Selim Köşger məlumat verib. Onun sözlərinə görə,  4 yaşlı Ayda Gezgin adlı balaca qızcığaz bir saat davam edən xilasetmə işlərindən sonra dağıntılar altından sağ çıxarılıb.

Xatırladaq ki, İzmirdə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 102 nəfərə çatıb.