logo

İzmirdə daha bir zəlzələ baş verib

22:48 02-11-2020 | icon 1841
İzmirdə daha bir zəlzələ baş verib

Türkiyənin Egey bölgəsində 4,2 bal gücündə daha bir zəlzələ baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Zəlzələnin episentri İzmir vilayətinin Urla rayonudur. Təkanların ocağı yerin 6,85 kilometr dərinliyindədir.

Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.