logo

İzmirdə təcili söküləcək binaların sayı 58-ə çatıb

13:53 02-11-2020 | icon 2212
İzmirdə təcili söküləcək binaların sayı 58-ə çatıb

Oktyabrın 30-da Türkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsində təcili söküləcək binaların sayı 58-ə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, indiyədək bölgədə 4 min 424 yaşayış binası, 33 min 434 ofis, mağaza və sairə yerlər araşdırılıb.

Bu tikililərdən 66-nın orta, 397-nin isə az zədəli olduğu müəyyən edilib.