logo

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru  da karantinə alınır

11:10 02-11-2020 | icon 2212
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru  da karantinə alınır

Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, təsdiqlənmiş koronavirus xəstəsi ilə görüş səbəbindən o, karantinə başlayacaq.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə ÜST-nin rəhbəri müsahibəsində bildirib. 

“Mən özümü yaxşı hiss edirəm və məndə xəstəliyə dair simptomlar yoxdur. Lakin yaxın günlərdə karantində olacağam və evdən işləyəcəyəm”,-deyə ÜST-nin baş direktoru vurğulayıb.