logo

Ermənistan ordusunun döyüş texnikası və canlı qüvvəsi məhv edilib

17:15 31-10-2020 | icon 1785
Ermənistan ordusunun döyüş texnikası və canlı qüvvəsi məhv edilib

Oktyabrın 31-də günün birinci yarısında Azərbaycan Ordusu tərəfindən endirilən zərbələr nəticəsində düşmənin döyüş texnikası və xeyli sayda canlı qüvvəsi sıradan çıxarılıb.

YeniAvropa xəbər verir ki, bu haqda  Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, düşmənə vurulan dəqiq atəş zərbəsi ilə Ermənistan silahlı qüvvələrinin 3 tankı, 1 “Qrad” yaylım atəşli reaktiv sistemi, sursatla dolu 1 yük maşını, döyüş mövqeyində və qoşquda olan 3 topu, o cümlədən xeyli sayda canlı qüvvəsi məhv edilib.