logo

Bakıda Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası rəhbərlərinin iclası keçiriləcək

14:55 31-10-2020 | icon 1736
Bakıda Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası rəhbərlərinin iclası keçiriləcək

Noyabrın 2-də Bakıda “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusuna həsr olunmuş Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv ölkələrin rəhbərlərinin növbədənkənar iclası keçiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından bildirilib.Qeyd edilib ki, 

Tədbirin keçirilməsində məqsəd Azərbaycan Ordusunun şanlı qələbələri nəticəsində işğaldan azad edilmiş torpaqlarımızın sosial-iqtisadi inkişafının perspektivləri haqqında Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının üzvlərinə daha dolğun və geniş məlumatın təqdim edilməsidir.

Tədbir çərçivəsində Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının adından cəbhə bölgəsinə humanitar yardımın göndərilməsi nəzərdə tutulur.