logo

Rusiya Ermənistana kömək göstərməkdən yenə imtina edib

13:10 31-10-2020 | icon 1827
Rusiya Ermənistana kömək göstərməkdən yenə imtina edib

Əgər hərbi toqquşmalar bilavasitə Ermənistan ərazisinə keçərsə, onda Rusiya Yerevana hər cür zəruri kömək göstərər.

  YeniAvropa xəbər verir ki, bu barədə Ermənistanın baş naziri N.Paşinyanın Rusiya prezidenti Vladimir Putinə müraciəti ilə əlaqədar RF Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında qeyd edilir.

Bəyanatda deyilir: “Ermənistan Respublikasının baş naziri N.Paşinyanın Rusiya Federasiyasının prezidenti Vladimir Putinə müraciətlə Ermənistan Respublikasının təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya Federasiyasının ona göstərə biləcəyi köməyin növünü və həcmini təyin etmək məqsədilə məsləhətləşmələrə başlamaq xahişi ilə əlaqədar Rusiya Federasiyasının Ermənistan Respublikası barəsində, o cümlədən Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 29 avqust 1997-ci il tarixli Müqavilədən irəli gələn müttəfiqlik öhdəliklərinə sadiq olduğunu təsdiq edirik. Bu Müqavilənin bir sıra maddələrində tərəflərin bir-birinin ərazisinə silahlı hücum və ya təcavüz aktı təhlükəsi yaranacağı halda konkret hərəkətlər nəzərdə tutulur”.

RF XİN-də qeyd ediblər ki, həmin Müqaviləyə müvafiq olaraq, əgər hərbi toqquşmalar bilavasitə Ermənistan ərazisinə keçərsə, onda Rusiya Yerevana hər cür zəruri kömək göstərər.