logo

İzmirdə daha bir zəlzələ oldu

10:50 31-10-2020 | icon 2163
İzmirdə daha bir zəlzələ oldu

Türkiyənin Egey bölgəsində 5 bal gücündə zəlzələ baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Zəlzələnin episentri İzmir vilayətinin Seferihisar rayonudur.

Yerli vaxtla saat 08.31-də meydana gələn təkanların ocağı yerin 7 kilometr dərinliyində olub.

Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, ötən gün Türkiyənin həmin bölgəsində 6,9 bal gücündə zəlzələ baş verib.