Türkiyənin İzmir vilayətində baş verən zəlzələ ilə bağlı ölkənin Kandilli Rəsədxanasından ilk məlumat verilib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, məlumatda Kandilli Rəsədxanasında yeraltı təkanların gücü 6,9 bal olaraq hesablandığı bildirilib.
Qeyd edilib ki, zəlzələdən sonra indiyədək 21 afterşokun qeydə alındığı, bu afterşoklar 15 gün ərzində davam edəcəyi ehtimal olunur. Meydana gələn yeraltı təkanlar nəticəsində 30-40 kilometrlik seysmik xətt qırılıb.
Xatırladaq ki, Egey bölgəsinin seysmik baxımdan həssas bölgə olmasına baxmayaraq bu ərazidə ən böyük zəlzələ 1912-ci ildə 6,5 bal gücündə qeydə alınıb.
Hadisə barədə məlumat verən İzmir valisi Yavuz Selim Kösger dağıntılar altında qalan vətəndaşların təxminən 70 faizinin çıxarıldığını bildirib.
Qeyd edək ki, İzmirdə baş verən zəlzələ ölkənin Marmara bölgəsində də hiss edilib. İstanbulun Avcılar bölgəsində zəlzələdən zərər çəkmiş bir binanın sakinləri təxliyə edilib.
Ölkənin Urla bölgəsində 4,1, Kuşadasında isə 4,8 bal gücündə daha iki yeraltı təkan qeydə alınıb.