logo

Ermənistanın silahlı təcavüzü nəticəsində həlak olan məktəblilərimiz

17:29 30-10-2020 | icon 1617
Ermənistanın silahlı təcavüzü nəticəsində həlak olan məktəblilərimiz

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində sentyabrın 27-dən oktyabrın 30-dək 9 məktəbli həlak olub.

YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.Qeyd edilib ki, Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü Orxan İsmayılzadə həlak olub. Orxan rayonun Xoruzlu kənd tam orta məktəbində 10-cu sinifdə təhsil alırdı.

Naftalan şəhərinin atəşə tutulması nəticəsində həlak olan 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 7-ci və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova isə həmin məktəbin 9-cu sinif şagirdi idi. Ağcabədi rayonunun R.Quliyev adına Taynaq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Fərid İsgəndərov da düşmən təxribatının qurbanı olub.

Gəncə şəhərinə raket atılması nəticəsində K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin10-cu sinif şagrdi Nigar Əsgərova, 7-ci sinif şagirdi Artur Mayakov, 6-cı sinif şagirdi Orxan Xəlilli, 1-ci sinif şagirdi Məryəm Xəlilli həlak olublar.

Bərdə rayonunun Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi Aysu İsgəndərova da düşmən təxribatına qurban gedib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə təcavüzü, müxtəlif şəhər və rayonlara raket zərbələri endirməsi nəticəsində 16 nəfər məktəbli xəsarət alıb və 50-dək təhsil müəssisəsinə zərər dəyib.

0-1-6