logo

Azərbaycanda koronavirus anti-rekord vurur:1022 yeni yoluxma, 10 ölü

15:28 30-10-2020 | icon 1519
Azərbaycanda koronavirus anti-rekord vurur:1022 yeni yoluxma, 10 ölü

Azərbaycanda koronavirus infeksiyasına 1022 yeni yoluxma faktı qeydə alınıb, daha 480 nəfər sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirlib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 54 min 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 996 nəfər müalicə olunaraq sağalıb, 718 nəfər vəfat edib. Aktiv xəstə sayı 10460 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 341 min 466 test aparılıb. Bugünkü test sayı isə 10179-dur.