logo

Türkiyənin sabiq baş naziri Məsud Yılmaz vəfat edib

13:11 30-10-2020 | icon 2226
Türkiyənin sabiq baş naziri Məsud Yılmaz vəfat edib

Türkiyənin sabiq baş naziri Məsud Yılmaz İstanbulda müalicə aldığı xəstəxanada 73 yaşında vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, M.Yılmaz təxminən iki ildir ağciyər xərçəngi və digər xəstəliklərdən əziyyət çəkirdi.

Xatırladaq ki, 1983-cü ildə Türkiyənin Rizə vilayətindən deputat seçilən M.Yılmaz 1986-1990-cı illərdə Türkiyənin xarici işlər naziri, mədəniyyət və turizm naziri, 1997-1999-cu illərdə baş nazir vəzifələrini icra edib.

Məsud Yılmaz İstanbulda dəfn ediləcək.